4 mart 2014 17:55
Berti Foqts: Təəssüf ki, siz yığmanın məşqçi qərargahı ilə maraqlanmırsınız
Sabah Filippin yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü ərəfəsində bu gün təşkil edilmiş mətbuat konfransında millinin baş məşqçisi Berti Foqts öz köməkçilərini təqdim edib. Azerisport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Təəssüf ki, siz yığmanın məşqçi qərargahı ilə çox da maraqlanmırsınız. Biz onlarla iki il işləyəcəyik. Təqdim etmək istəyirəm: Mahmud Qurbanov, Rauf Mehdiyev, Volfqanq Rolf və Uli Ştayn - vaxtı ilə Avropada öz dövrünün ən yaxşı qapıçılarından biri. Aslan Kərimov Bolqarıstanın oyununu izləməyə gedib. Bizim qarşıdakı iki ilə planlarımızdan danışmaq düzgün olardı. Sabah keçiriləcək oyundan yox. Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı”.
