4 mart 2014 17:44
Tuqrul Erat: Azərbaycan yığmasını seçdiyimə peşman deyiləm
Millimizin yeni oyunçusu Tuqrul Erat Almaniya və Azərbaycanda oyun səviyyəsi arasında paralellər aparıb. Azerisport.az xəbər verir ki, Erat bunları söyləyib:
“Almaniya liqası Avropada ən güclülərdən biridir. Ancaq Bundesliqa Almaniya yığması deyil. Azərbaycan yığmasını seçdiyimə peşman deyiləm. Yoxsa, burada olmazdım. Bir qədər narahatam. Ancaq, əgər sabah qalib gəlsək, bu halda, hər şey qaydasında olacaq. Sabah qol vurmağa çalışacağam. Azərbaycan yığmasında uzun müddət çıxış etmək istəyirəm”.
