4 mart 2014 17:33
Abdulla Abatsiyev: Rusiya İtaliyanı məğlub edibsə, biz də bunu edə bilərik
Millimizin yarımmüdafiəçisi Abdulla Abatsiyev Filippin yığmasına qarşı sabah keçiriləcək oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Abatsiyev bunları söyləyib:
“Sabah layiqli oynamaq lazımdır. Bu, ilin ilk oyunudur. Komandanın nəyə qadir olduğuna baxmaq lazımdır. Təsnifat mərhələsinə gəlincə, İtaliya və Xorvatiya qrupun aşkar favoritidir. Ancaq onlara qarşı oynamaq olar. Oyundan oyuna yanaşmaq və üçüncü yer haqda düşünmək lazımdır. DÇ-də İtaliyanın qalib gəlmək şansları azdır. Mundialı Almaniya ya Braziliya qazanacaq”.
