4 mart 2014 17:11
Elnur Məmmədli: Bəzi veteranlara valideynlərim azarkeşlik edirdi
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli azerisport.az saytına açıqlamasında futbol veteranlarına qarşı keçirilmiş oyun və millinin sabah Filippin yığmasına qarşı keçirəcəyi görüş barədə fikrini bildirib:
“Veteranlara qarşı oyun maraqlı alındı. Bu günü tezliklə unutmaram. Axı onların bəzilərinə valideynlərim azarkeşlik edirdi. Onlara qarşı oynayıb qol vurduğuma şadam. Onlardan çox şey öyrənmək olar. Məğlub olmağı sevmirəm və bu gün də məğlub olmaq istəmirdim. Yığmaya gəlincə, vaxt olarsa, komandanın AÇ-nin təsnifat mərhələsindəki oyunlarını izləyəcəyəm”.
