4 mart 2014 16:40
Georgi Nikolov: Avrokuboklarda İnter Arenada oynamaq istəyirik
“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına açıqlamasında bildirib ki, “bankirlər” komandanın stadionunun adının dəyişdirilməsinin tərəfdarıdır:
“Artıq bir neçə ildir ki, “İnter” “Şəfa” stadionunda oynayır. Ancaq biz stadionun adının dəyişdirmək istəyirik. İstəyirik ki, bu ad, komandanın adına uyğun olsun. Sponsorlarımızla danışdıq və AFFA-ya müraciət etmək qərarına gəldik. Əgər bu, bizim stadionumuzdursa, qoy ad da bizim olsun. Ümid edirəm ki, AFFA razılıq verəcək və avrokuboklarda biz “İnter Arena”da oynayacağıq”.
