4 mart 2014 15:55
Qarabağ məşqlərə başladı
“Qarabağ” məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın XXIV turunda “Neftçi” üzərində qələbədən (4:1) sonra, komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət vermişdi.
Artıq komanda növbəti turda qarşılaşacağı “Bakı” ilə oyununun hazırlığına başlayıb.
“Qarabağ”ın məşqi Suraxanı qəsəbə stadionunda baş tutub. Uzun müddətdir ki, zədəli olan Admir Teli də artıq kollektivlə məşqlərdə iştirak edir.
Qeyd edək ki, “Qarabağ” - “Bakı” oyunun bazar günü martın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
