4 mart 2014 15:40
FIFA meneceri: Mübariz Mənsimov öz klubunda belə şeylərə necə yol verir?
FIFA-nın futbol meneceri Toni Kruea Türkiyənin idman radiosu “Radyospor”a müsahibəsində “Xəzər Lənkəran” klubunun rəhbərliyinin ünvanına ciddi ittihamlar səsləndirib. Azerisport.az xəbər verir ki, menecer xüsusilə, “gəmiqayıranlar”ın vitse-prezidenti Tuyqun Nadirovu qeyri-peşəkarlıqda ittiham edib:
“Bütün İspaniya və Avropa bilir ki, “Xəzər Lənkəran” nə klubdur. Mən onlara az futbolçu gətirməmişəm. Bu, çox qeyri-peşəkar klubdur. Mənim bütün futbolçularımın problemi olub. Bizim heç bir şərtimizə əməl etməyiblər. Öz vədlərindən heç birini yerinə yetirməyiblər. İki il yarım əvvəl mən onlara “Barselona”nın yetirməsi Mario Rossu və “Real Betis”dən hücumçu Daniel Martini gətirmişdim. Onlar bütün istəklərini yerinə yetirdim. Ancaq nə mən, nə də futbolçularım pul almadılar. Nadirov bizi sadəcə olaraq, aldatdı. Mübariz Mənsimov hörmətli adamdır. O, öz klubunda belə şeylərə necə yol verir? İspaniyada bu kluba artıq heç kim inanmır. Belə bir adla onlar çətin ki, sıralarına yaxşı futbolçular cəlb edə bilsinlər”.
