4 mart 2014 14:52
Yunis Hüseynov: Yığmanın Qarabağ və Neftçi ilə oynaması daha faydalı olardı
Azərbaycanın veteran futbolçusu Yunis Hüseynov yığmamızın Filippinə qarşı keçirəcəyi yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Etiraf edim ki, mənim Filippin futbolu barədə heç bir məlumatım yoxdu. Heç onlarda çempionatın olub-olmadığını, yığmanın necə çıxış etdiyini bilmirəm. Amma millimiz Dubayda daha güclü rəqiblə qarşılaşa bilərdi, nəinki Filippinlə. Ondansa "Neftçi" və "Qarabağ"la oynamaq daha yaxşı olardı. Bu, daha faydalı olardı. Rəqib bizdən daha çox şey öyrənəcək. Biz isə sadəcə, asan qələbə qazana bilərik. Təcrübə baxımından bu oyun Azərbaycan yığmasına heç nə verməyəcək".