4 mart 2014 14:21
Namiq Abdullayev: Milliyə Filippinlə oyunda uğurlar arzulayıram
Sərbəst güləş üzrə olimpiya çempionumuz Namiq Abdullayev veteran futbolçularımızla yoldaşlıq matçı keçirmələrindən, eləcə də Azərbaycan yığmasının Filippinə qarşı keçirəcəyi yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin veteranlarına qarşı oynamaq xoş idi. İstərdim ki, belə oyunlar tez-tez keçirilsin. Bizi zəif komanda hesab etməyə dəyməz. Çünki həftədə 1-2 dəfə futbol oynayırıq. Bax buna görə də peşəkarlara qarşı yaxşı oynadıq. Azərbaycan futboluna azarkeşlik edirik və istəyirik ki, beynəlxalq arenalarda qələbələrimiz daha çox olsun. Azərbaycan yığmasına da sabahkı Filippinlə matçda uğurlar arzulayıram".