4 mart 2014 14:03
"Yığmada debüt mənim üçün böyük hadisə olacaq"
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- Artıq sizi ilk dəfə yığmaya çağırılmağınız münasibətilə təbrik etmək olar. İlkin təəssüratlarınız necədi?
- Çox yaxşı. Yığmaya çağırıldığım üçün çox şadam. Düzünü deyim ki, səfər öncəsi bir qədər həyacanlı idim. Amma elə ilk məşqdən məndə elə təəssürat yarandı ki, sanki uzun illərdi bu komanda ilə bir yerdəyəm.

- Sizi necə qarşıladılar?
- Mən uşaqların demək olar ki, hamısını tanıyıram. Burada "Neftçi"dən də uşaqlar var. Odu ki, anlaşma baxımından heç bir problem yoxdu.

- Berti Foqts məşqlərdə sizi bir neçə dəfə uğurlu hərəkətlərinizə görə tərifləyib. Sizcə, bu, Filippinlə oyunda əsas heyətdə yer almağınıza kömək edəcək?
- Filippinlə oyunda yığmamızın heyətində debüt edəcəyimə ümidliyəm. Bu, mənim üçün çox böyük hadisə olacaq. Amma hər şeyə baş məşqçi qərar verəcək.

- Almaniyalı mütəxəssis şəxsi söhbətdə sizə heç nə deməyib?
- Yox. O, sadəcə, mənə uğurlar arzuladı. Fikrimcə, yığmanın heyətində mənə də yer tapılar.

- Amma müdafiə xəttində rəqabət böyükdü...
- Bilirəm. Uşaqların hamısıyla gözəl münasibətim var. Yığmada oldum, olmadım fərqi yoxdu - yığmamıza görə həmişə həyacan keçirəcəm.

- AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizi necə dəyərləndirə bilərsiz?
- Baş məşqçimiz bizə hələ hədəflər barədə heç nə deməyib. Amma biz özümüz də başa düşürük ki, yaxşı nəticə qazanmalıyıq. Hətta İtaliya, Bolqarıstan, Xorvatiya, Norveç və Malta ilə bir qrupda da.

- Yaxşı nəticə dedikdə üçüncü yeri nəzərdə tutursuz, ya ikinci?
- Üçüncü yer bizim üçün çox yaxşı nəticə olardı. Bu, bizə ən azı pley-off oyunlarında mübarizə aparmaq şansı yaradardı.