4 mart 2014 13:31
İnterin futbolçusu cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Xəzər Lənkəran” – “İnter” matçının 78-ci dəqiqəsində “İnter”in futbolçusu Asif Mirili idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.