4 mart 2014 13:11
Tərlan Əhmədov: Azərbaycan Filippinə qalib gələcək gücdədi
Azərbaycanın veteran futbolçusu Tərlan Əhmədov yığmamızın Filippinlə yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sabah keçiriləcək qarşılaşma ərəfəsində bunları söyləyib:
"Ümid edirəm ki, ilin ilk oyunu yığmamızın qələbəsiylə başa çatacaq. Vacib görüşdü. Bu rəqibə qalib gəlmək üçün yetərli gücümüz var. Çempionatımız güclüdü, futbolçular hazırda formadadılar. Fikrimcə, qələbə yığmamızın üzvlərində seçmə mərhələ oyunları öncəsi əlavə inam yaradacaq".