3 mart 2014 00:11
Maksim Medvedev: Foqts məni nə üçün toplanışa aparmadığını dedi
“Qarabağ”ın futbolçusu Maksim Medvedev azerisport.az saytına açıqlamasında millinin Dubay toplanışına getməməyinin səbəbini izah edib:
“Bu yaxınlarda Berti Foqtsla şəxsən söhbətim olub. O, mənə dedi ki, məni bu toplanışa aparmayacaq. Foqts mənə səbəbini də dedi. Ancaq bunu sizə deyə bilmərəm (gülümsəyir). Belə ki, mən Dubaya getməməyimə təəccüblənmədim. Çox güman ki, növbəti toplanışda siz məni yığmanın heyətində görəcəksiniz”.
