3 mart 2014 11:22

Abdulla Abatsiyev: Milli komandanın əsas futbolçusuna çevrilmək istərdim

"İnter"in futbolçusu Abdulla Abatsiyev azerisport.az saytına müsahibəsində milli komandanın Dubay hazırlığından, Filippin yığmasına qarşı keçiriləcək oyundan danışıb:

- Milli komandaya ilk dəfə çağırılmağını necə qarşıladın?
- Təxminən 8-9 gün əvvəl klubdan milli komandaya dəvət aldığımı dedilər. Sözsüz, sevinirdim. Hər bir futbolçu klubda özünü göstərməklə, ölkənin əsas komandasına çağırılmaq istəyir. Mən öz işimi görürdüm. Berti Foqtsdan dəvət almaq çox xoşdur. Sadəcə, özümü doğrultmaqla yığmadakı yerimi möhkəmlətmək istərdim. Dubaya elə-belə getmədiyimi sübut etməyə çalışacağam.

- Dubay hazırlığı çərçivəsində millimiz Filippin yığması ilə qarşılaşacaq...
- Filippin millisi ilə bağlı məlumatım azdır. Onların oyunu haqda danışa bilmərəm. Bununla belə, millidə bəzi gənc futbolçuların da yer aldığını unutmamalıyıq. Yəni, əsası, heyəti sınaqdan keçirməkdir. Digər tərəfdən, Azərbaycan hər zaman qələbə qazanmaq istəyir. Filippin yığması ilə oyunda da məqsədimiz qələbə olacaq.

- Rəqibin bir qədər zəif olması fikri ilə razısan?
- Filippin yığmasının bir qədər zəif komanda olması barədə fikirləri çox eşitmişəm. Amma yoldaşlıq matçlarında məqsəd nəticə ilə yanaşı, futbolçuları yoxlamaqdır. Milli nə qədər çox məşq etsə, futbolçular arasında əlaqə o qədər yüksək olacaq. Filippin yığması ilə görüşün yığmaya faydalı olacağını düşünürəm.

- Start heyətdə oynamaq şanslarını necə qiymətləndirirsən?
- Heyəti Berti Foqts müəyyənləşdirir. O, necə məsləhət bilsə, elə olacaq. Bilirəm ki, mövqeyimdə rəqabət güclüdür. Rahid Əmirquliyev, Qara Qarayev kimi futbolçular mövqeyimdə çıxış edir. Bəzən Ruslan Abışov da həmin mövqedə oynayır. Rəqabət olan yerdə inkişaf da olur. Məşqlərdə özümü göstərsəm, oynamaq şansım artacaq. Əsas məqsədim, millinin əsas futbolçularından birinə çevrilməkdir. 

- Avro-2016-nın püşkündən sonra Azərbaycanın çətin qrupa düşdüyünü söyləmək olar?
- İtaliya və Xorvatiya kimi komandaların yer aldığı qrup asan ola bilməz. Norveç, Bolqarıstan komandaları zəif yığmalar deyil. Hətta Maltaya autsayder kimi baxsaq, sonra problemimiz olar. Ona görə gərək, hər bir rəqibə hörmətlə yanaşaq. Deyərdim ki, bu qrup əvvəlki seçmə mərhələdən daha güclüdür.

- Yığmadan hansı nəticəni gözləyirsən?
- Azərbaycan millisi son seçmə mərhələdə yaxşı oyun sərgilədi. Komandamız inamlı çıxış etdi. Qazanılmış 9 xal yığmanın səviyyəsinin yüksəldiyini göstərir. Qrupda 3-cü yerə oynamalıyıq. Sonda hansı pillədə qərarlaşacağıq, onu deyə bilmərəm. Futbol proqnozu sevmir. Bununla belə, 3-cü yeri məqsəd hesab etməliyik. Fikrimcə, Bolqarıstan və Norveç yığmaları da pley-offa çıxmaq üçün çalışacaq.

- Sonda çempionatla bağlı bir sual vermək istərdim. “İnter” avrokuboka düşməsə, necə olacaq?
- Çempionatın sonuna 10-dan çox tur qalıb. Azərbaycan Kubokunda da mübarizəni davam etdiririk. Bu barədə düşünmürük. Mövsümə pis başlasaq da, nəticə qazanmaq şansımız qalır. “İnter”in avrokuboka düşməsi üçün komanda kimi sona qədər çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.