3 mart 2014 11:17

Reynaldo Sxadadzenin nəticəsini təkrarladı

Topaz Premyer Liqasında mövsümün 2-ci het-triki qeydə alınıb. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Reynaldo Silva “Neftçi” ilə görüşdə 3 qol vurmaqla 24-cü turun qəhrəmanı olub.
Braziliyalı yarımmüdafiəçi 4:1 hesablı səfər qələbəsinin əsas səbəbkarlarından birinə çevrilib.
Cənubi amerikalıyadək cari mövsümdə yalnız 1 dəfə het-trik qeydə alınmışdı. 4-cü turun “Rəvan”la səfər görüşündə Baçana Sxadadze vurduğu 3 qolla “İnter”in 5:1 hesablı qələbəsinə töhfə vermişdi. 2013-cü il avqustun 25-də baş tutan həmin görüşdən sonra 1 oyunda 3 qol vuran olmamışdı.
Reynaldo həm də Azərbaycan çempionatlarında het-trik müəllifi olan 3-cü braziliyalı oldu. Bunadək Premyer Liqada bu ölkədən olan futbolçuların 3 belə uğuru qeydə alınmışdı. “Olimpik”də çıxış edən Leandro Qomeş 2009-cu il martın 7-də “Bakılı”nı 3 dəfə məyus etmişdi. Azərbaycan çempionatında 2 het-trik edən yeganə braziliyalı isə 2005/06 mövsümündə “Turan” azarkeşlərini sevindirən Junivan Suares olmuşdu.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.