3 mart 2014 11:13
Neftçi üçün qara mövsüm
Topaz Premyer Liqasının 24-cü turu Azərbaycanın ən titullu klubu “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə yenilib.
Bu məğlubiyyət “ağ-qaralar”ın ölkə çempionatları tarixində 3 və ya daha çox top fərqi ilə uduzduğu 6-cı qarşılaşmadır.
1992-ci ildən ölkə çempionatının daimi iştirakçısı üçün bu dəfə məğlubiyyət fərqli olub.
Belə ki, əvvəlki 5 halda səfərdə azarkeşlərini üzən bakılılar ilk dəfə doğma meydanda ağır məğlubiyyət alıb.
Bundan başqa, indiyədək heç vaxt eyni mövsümdə iki dəfə böyük hesabla uduzmayan “Neftçi” bu dəfə belə uğursuzluq yaşadı. Cəmi 6 ay əvvəl “Bakı” həmşəhərlilərini 3 cavabsız qola üstələmişdi.
“Qarabağ” isə “Neftçi” üzərində 2 böyükhesablı qələbəsi olan 2-ci komanda kimi tarixdə düşdü. Bunadək yalnız paytaxtın eyniadlı təmsilçisi bunu bacarmışdı.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı böyükhesablı məğlubiyyətləri:
|
03.07.1992
|
Xəzər (Sumqayıt) - Neftçi (Bakı)
|
3:0
|
|
20.10.2007
|
Bakı - Neftçi (Bakı)
|
5:1
|
|
13.05.2011
|
Qarabağ (Ağdam) - Neftçi (Bakı)
|
3:0
|
|
11.03.2012
|
Qəbələ - Neftçi (Bakı)
|
4:1
|
|
31.08.2013
|
Bakı - Neftçi (Bakı)
|
3:0
|
|
28.02.2014
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
1:4
|
(PFL)
