3 mart 2014 22:28
Tuqrul Erat: Azərbaycan yığmasına dəvət olunduğum üçün şadam
Düsseldorf “Fortuna”sının yarımmüdafiəçisi Tuqrul Erat millimizə dəvəti haqda danışıb. Azerisport.az xəbər verir ki, Erat Almaniya KİV-nə bunları söyləyib:
“Mən Azərbaycan yığmasına dəvət olunduğum üçün çox şadam. Hətta bu, böyük təəccüb doğurmasa belə. Ümid edirəm ki, Düsseldorfa zədələrsiz qayıda biləcəyəm”.
