3 mart 2014 19:40
İspaniya TV kanalı Bakıdan danışdı
İspaniyanın 24TV telekanalı "Atletiko" klubunun "Bakı" ilə əməkdaşlığı barədə məlumatda baş məşqçi Milinko Pantiçi xatırlayıb. Azerisport.az xəbər verir ki, süjetdə "Atletiko"nun ikinci komandasının sabiq məşqçisi Milinko Pantiçin hazırda Azərbaycanda çalışdığı deyilib:
Pantiç yaxından tanıdığı ispan futbolçuları komandaya cəlb edərək, uğur qazanmağa çalışır. İspan həmkarlarımız "Bakı"nın əsas hədəfinin avrokuboklara düşmək olduğunu deyib.
