3 mart 2014 19:11
Skuadra adzurranın qatili Rəvanda!
Rəvan Slovakiya yığmasının yarımmüdafiəçisi Kamil Kopuneki baxışdan keçirir. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kopunek artıq Bakıdadır və klubda baxış keçir.
Futbolçu haqda son qərarın bir qədər sonra veriləcəyinə rəğmən, onunla müqavilə bağlanılması ehtimalı yüksəkdir.
Kopunekin son klubu Slovakiyanın “Spartak” (Trnava) komandası olub və müqavilə ötən ilin sonunda başa çatıb. Futbolçu əvvəllər Rusiyanın “Saturn” və İtaliya “Bari” klublarında çıxış edib. 29 yaşlı “dayaqçı” DÇ-2010-da İtaliya yığmasına 89-cu dəqiqədə vurduğu qolla yadda qalıb. O zaman meydana çıxandan ikicə dəqiqə sonra qol vurmuş Kopunek, Slovakiya millisinin İtaliya yığması üzərində qələbəsini təmin etmişdi (3:2).
