3 mart 2014 18:55
Millimiz Ukrayna yığması ilə qarşılaşacaq
Latviyada keçiriləcək Federasiya Kubokunda U-19 millimizin ilk rəqibinin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, millimiz turnirin startında Ukrayna yığması ilə qarşılaşacaq.
Görüş martın 4-ü Bakı vaxtı ilə 13:00-da baş tutacaq.
Qeyd edək ki, ümumilikdə yarışda dörd yığma iştirak edir. Digər oyunda Latviya və Finlandiya komandaları münasibətlərinə aydınlıq gətirəcək. Üçüncü yer uğrunda və final görüşləri martın 6-da baş tutacaq.
