3 mart 2014 18:18
AZAL-ın vitse-prezidenti UEFA-nın tədbirində iştirak edəcək
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov UEFA-nın tədbirində iştirak üçün İspaniyaya yollanıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, martın 3-ü və 4-də Barselonada UEFA Avropa klubları İttifaqının Baş Assambleyasının 12-ci iclası keçiriləcək.
Qeyd edək ki, tədbirdə maliyyə məsələləri üzrə “Feyr-pley” sualları, uşaq futbolunun inkişaf perspektivləri müzakirə ediləcək. Klub təmsilçilərinə, həmçinin, transfer sisteminə aid yeni məlumatlar veriləcək və bu sahədə problemlər müzakirəyə çıxarılacaq.
