3 mart 2014 17:07
Rəşad Sadıqov Filippin yığmasına qarşı oyunu buraxa bilər
Millimiz Dubay toplanışı çərçivəsində açıq məşqinə başlayıb. Azerisport.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov komandadan ayrı məşq edir.
O, meydanın ətrafında qaçışla məşğuldur. Futbolçunun sabah Filippin yığmasına qarşı keçiriləcək oyunda iştirakı sual altındadır.
