3 mart 2014 16:22
AZAL Antverpenin hücumçusu ilə müqavilə bağlaya bilər
AZAL sıralarına hollandiyalı hücumçunu cəlb edib. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən futbolçu Boy Deul komandaya qoşulub.
26 yaşılı futbolçunun son klubu Belçikanın Antverpen klubu olub. Futbolçu özünü göstərə biləcəyi təqdirdə, onunla ən azı bir il yarımlıq müqavilə imzalanacaq.
