3 mart 2014 16:00

Vüqar Nadirov: Adımı dəvətlilər siyahısında görməyəndə pis oldum

“Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Vüqar Nadirov azerisport.az saytına müsahibəsində “Neftçi”nın yarımmüdafiəçisi Erik Ramosla toqquşaraq aldığı zədəsindən və özünün milliyə dəvət edilməməsindən danışıb:
- Qaşınız nə vəziyyətdədir?
- Oyundan sonra iki tikiş qoyublar. Bu gün məşqimiz var və düşünürəm ki, bu, komanda ilə birgə məşqimə əngəl olmayacaq.
- Yeri gəlmişkən, sizi millinin Dubay toplanışına çağırmayıblar.
- Təəccüb edirəm. Adımı dəvətlilər siyahısında görməyəndə pis oldum. Bəlkə ona görə çağırmayıblar ki, son oyunlarda ikinci hissədə meydana çıxırdım. Buna baxmayaraq, çağırışı gözləyirdim. Təsnifat mərhələsinin oyunlarına qədər hələ oyunlar olacaq. Ümid edirəm ki, burada mən olacağam.
- Millimiz Dubayda tez-tez ekzotik komandalarla yoxlama oyunları keçirir. Bu də rəqibimiz Filippin yığmasıdır.
- Milli çoxdan idi ki, toplanmırdı. Bu halda, yoxlama istər-istəməz vacib idi. Filippini tapıblar. Düşünürəm ki, bizimkilər uğurlu oynaya biləcək. Rəqib sərt futbol oynayır. Futbolçularımız bir qədər özünü qorumalıdır.
- Belə məlumat sizdə haradandır? Axı indiyə qədər biz heç vaxt onlarla oynamamışıq.
- Öz təcrübəmdən bilirəm ki, az qarşılaşmadığım belə komandalar, Avropa yığmalarına qarşı sərt oynayır və özlərinin göstərməyə çalışır.
- Sizinlə yanaşı, daha bir neçə futbolçu milli komandaya cəlb olunmayıb. Ola bilərmi ki, Berti Foqts AÇ-2016-nın astanasında dəyişikliklər etmək istəyir?
- Mənə bu haqda mühakimə etmək çətindir. Hər şey ola bilər. Onun qarşısında məqsəd qoyulub ki, komandanı AÇ-nin final mərhələsinə çıxarsın. İndi o, bu məqsədi həyata keçirə biləcək komandanı yığmağa cəhd edir. Bizim qrupumuz asan deyil: İtaliya və Xorvatiya favoritlərdir. Bolqarıstan və Norveçi keçmək isə, asan olmayacaq.
- Siz necə düşünürsünüz, qrupda üçüncü yer uğrunda mübarizə aparmaq istəyiriksə, yığmaya dəyişikliklər lazımdır?
- Əgər o, hazırda olan oyunçulardan yaxşılarını tapa bilsə, qoy onları dəvət etsin. Azərbaycan yığmasında ən yaxşı oynamalıdır. Ola bilər ki, Berti Foqts yeni kadrlar axtarır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.