3 mart 2014 14:33
İsgəndər Cavadov: Yoldaşlıq matçında nəticə ikinci dərəcəlidir
Futbolumuzun veteranı İsgəndər Cavadov azerisport.az saytına açıqlamasında yığmanın Dubay toplanışı haqda danışıb:
“Millinin hazırlıq keçməsi hər zaman vacibdir. Filippin yığması ilə oyun haqda danışmaq istəməzdim. Həmin görüşdə baş məşqçi yeni futbolçuları yoxlayacaq. Yoldaşlıq görüşündə nəticə, mənim üçün ikinci dərəcəlidir. Milli hər oyunda qələbəyə oynamalıdır. Lakin əsası, rəsmi görüşlərdir. İstərdim ki, hazırlığın faydası olsun və yığma seçmə mərhələdə yaxşı çıxış etsin”.
