3 mart 2014 14:11
Olimpiya çempionları Neftçinin veteranlarına qarşı
Sabah Azərbaycan futbolunun veteranları Olimpiya mükafatçılarının komandası ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, Azərbaycan veteranlar ittifaqının rəhbəri Oqtay Abdullayevin məlumatına görə görüş 12:00-da başlayacaq və Tofiq Bəhramov adına stadionun süni örtüklü mini-meydanında keçiriləcək.
“Neftçi”nin veteranlarının heyətində Vəli Qasımov, Şahin Diniyev, Yunis Hüseynov, Arif Əsədov, Hüseyn Məhəmmədov, Oqtay Abdullayev və başqaları meydana çıxıcaqlar.
Olimpiyaçıların heyətində isə Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli və digərləri olacaq.
