3 mart 2014 13:44
Şahin Diniyev: Filippinə zəif deyirik, amma biz də Braziliya deyilik
Futbol üzrə milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına açıqlamasında Azərbaycan yığmasının Filippin yığmasına qarşı yoldaşlıq görüşündən danışıb:
"Fikrimcə, Azərbaycan yığmasının yoldaşlıq görüşü heyəti formalaşdırmaq baxımından faydalı olacaq. Əlbəttə, rəqib zəif komandadır. Amma biz də Braziliya deyilik. Dişimizə görə rəqibdir. Bu komanda ilə oyun bəzi yeni futbolçuların yoxlanışına kömək edəcək. Məşqçilər yeni taktikanı sınaqdan keçirə bilər. Adətə belə oyunlar məhz bunun üçün lazım olur. Filippin bizə görə "torbada qara pişik" kimidir. Nəticə önəmli deyil".
