3 mart 2014 13:00
Millimizin oyununu yerli hakimlər idarə edəcək
Xəbər verdiyimiz kimi, martın 5-də, Bakı vaxtı ilə 17:00-da, Tiraspol şəhərindəki "Şerif" İdman Kompleksində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Moldovanı təmsil edən hakimlər Sergey Derenov, Filip Aleksançin, Denis Qala və Yuri Kovtun idarə edəcək.
(AFFA)
