2 mart 2014 12:55

Seriya 18(0)-də qırıldı

"Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində AZAL komandasını qəbul etdi. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da rəqibini 1 qolla üstələyən "aslanlar” uğursuz seriyaları qırdı.

Belə ki, komanda düz 6 ay, başqa sözlə 180 gün davam edən qələbəsizlik seriyasını qırdı. Buna qədər "Rəvan" sonuncu dəfə Premyer Liqanın 5-ci turunda səfərdə "Sumqayıt”ı məğlub etmişdi. Ötən il avqustun 31-də Sumqayıtda baş tutan görüş də 1:0 hesablı qələbə ilə yekunlaşmışdı. Turlar üzrə nəzər saldıqda isə 18 matçlıq qələbəsizlik seriyası qırıldı.

Güvənc Kurtarın rəhbərliyi altında 6-cı sınaqda ilk qələbəsinə sevinən "Rəvan”ın cari mövsüm ilk dəfə ardıcıl 2 oyunda qol buraxmadığını da bildirək. Cari mövsüm "Bayıl Arena”da ilk dəfə 3 xala sevinən "aslanlar” Premyer Liqa çərçivəsində Rəhim Həsənovun idarəçiliyi ilə keçirilən 8-ci görüşdə 2-ci qələbəsini qazandı. Həsənovun fit çaldığı əvvəlki 7 matçdan yalnız birində - 24.09.2012-ci il tarixində Qəbələdə eyniadlı komandaya qarşı baş tutan görüşdə "Rəvan" 3 xala sevinmişdi – 3:1.

Komandanın yeganə qolunun müəllifi olan Miloş Adamoviç isə cari mövsüm vurduğu qolların sayını 3-ə çatdırdı. Daha öncə "İnter” və "Sumqayıt”ı məyus edən serb yarımmüdafiəçi bu göstərici ilə cari mövsüm üçün komandasının ən çox qol vuran futbolçusuna çevrildi. O, hesabında 2 qol olan və artıq komandadan ayrılan Sebastyan Kastro-Telyonu üstələdi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.