2 mart 2014 12:11
AFFA təmsilçisi UEFA-nın seminarında
Tacikistanın paytaxtı Düşənbə şəhərində administrasiya və menecmentlik üzrə UEFA-nın regional seminarı keçirilir. Azerisport.az xəbər verir ki, seminarda lektor qismində UEFA prezidentinin müşaviri Paskal Torres və UEFA-nın təhsil məsələləri üzrə müşaviri Andre Bode iştirak edirlər.
Seminarda ölkəmizi AFFA təmsilçisi Sərxan Hacıyev təmsil edir.
Özbəkistan, İran, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistan təmsilçiləri də regional seminarın iştirakçılarıdır. Seminarın əsas mövzusu, federasiyanın administrasiya və menecmentlik fəaliyyəti ilə bağlıdır: beynəlxalq oyunların qaydaları, federasiyanın fəaliyyəti, oyunların beynəlxalq təqvimi və oyunçuların qeydiyyatı bu mövzuya daxildir.
(Avesta)
