2 mart 2014 11:33
Erat oynadı, vərəqə aldı, komandası qazandı
Almaniyada İkinci Bundesliqanın 23-cü turunun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Tuqrul Eratın komandası Düsseldorf “Fortuna”sı evdə “Arminiya”nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
Erat 90 dəqiqə meydanda olub və 88-ci dəqiqədə sarı vərəqə alıb.
Hazırda “Fortuna” 31 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Xatırladaq ki, Erat, həmçinin, millimizin Dubay toplanışına dəvət alıb.
