2 mart 2014 11:22
Aleksandr Çertoqanov: Oyundan qabaq klub prezidenti dedi ki, sərbəst oynayaq, buna görə bizi kimsə danlamayacaq
“Sumqayıt”ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində TPL-in 24-cü turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyundan və “İnter”ə qarşı keçiriləcək növbəti tur qarşılaşmasından danışıb:
- “Bakı”ya qarşı oyun haqda nə deyə bilərsiniz?
- Ağır oyun idi. Oyuna adicə başladıq. Hətta müdafiədən tez çıxıb yaxşı əks-hücumlar etməyə müyəssər olduq. İkinci hissədə isə daha ağır idi.

- Nə ilə bağlı?
- Birincisi, “Bakı” meydanda daha aqressiv fəaliyyətə başladı. Qol vurmaq istədikləri görünürdü. İkincisi, oyunçumuz meydandan qovulandan sonra asan deyildi. Belə komandaya qarşı on nəfərlə oynamaq daha da çətindir. Müdafiədə ağıllı oynadıq. Rəqibə qol vurmağa imkan vermədik. Oyuna can yandırdıqları üçün, futbolçulara təşəkkür edirəm. İkinci hissəni vəziyyətlərimiz olmadan keçirsək də, şikayətin yeri yoxdur. O gün biz bir xalımızı qazandıq.

- Ötən tur “Neftçi” üzərində qələbənin “Sumqayıt”ı çox ruhlandırdığı görünürdü.
- Başqa komandanın yerinə danışa bilmərəm. Bu halda “Neftçi”nin yerinə. Ancaq onu deyim ki, bizim kollektiv yaxşı oynadı. Uşaqlar meydanda can qoydular və layiqli qələbə qazandılar. O oyunda vəziyyətlər bəs deyincə idi. Ümumiyyətlə, super oynadıq. Aydındır ki, bir qələbəsiz belə seriyadan sonra “Neftçi” üzərində qələbə futbolçulara əminlik verir. İndi növbəti oyuna yaxşı əhvalla hazırlaşırıq.

- Siz “neftçilər”ə qarşı oyunun iştirak ərizəsinə salınsanız da, meydana çıxmadınız. “Bakı”ya qarşı oyunda isə siz kapitanlıq edirdiniz. Öz oyununuzu necə qiymətləndirirsiniz?
- Mən bir qədər xəstələnmişdim. Bu səbəbdən ötən oyunu buraxdım. Ümumilikdə isə topu az itirməyə çalışırdım. Düzdür, bir-iki anda nə isə alınmırdı. Əsas odur ki, komanda yaxşı oynadı və məğlub olmadıq. Heyətimizdə həddən çox gənc uşaqlar var. Allah qoysa, onların gələcəyi çox yaxşı olacaq.

- Çempionatda kiçik fasilədən sonra sizi “İnter”lə oyun gözləyir. Yəqin ki, oyuna köklənmə çox yüksək olacaq.
- Bizdə hər bir rəqibə qarşı həddən ziyadə köklənmə var. Xüsusən ən güclü köklənmə “Rəvan”a qarşı olur. Hazırda əsas rəqibimizdir. Digər oyunlara isə, prezident oyunqabağı paltardəyişmə otağına gəlir və uşaqlara deyir ki, sərbəst oynayaq, buna görə bizi kimsə danlamayacaq. Uşaqlar cavandırlar, özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Onlar üçün hər şey hələ qabaqdadır.