2 mart 2014 14:45
İsgəndər Cavadov: Bizim çempionatı başa düşmək çətindi
Regional futbol federasiyasının prezidenti İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində AÇ-2016-nın seçmə mərhələsindən, Topaz Premyer Liqasından və xarici məşqçilərdən danışıb:
- AÇ-2016-nın seçmə mərhələsində bütün rəqiblər müəyyənləşdi. Millimizin yer aldığı “H” qrupunu necə dəyərləndirirsiniz?
- Rəqiblərimiz zəif deyil. İtaliya və Xorvatiya haqda danışmağa ehtiyac yoxdur. Bolqarıstan son illər inkişafdadır. Norveç Skandinaviya futbolu oynayır. Adətən, bizim belə rəqiblərlə oyunumuz alınmır. Maltanı zəif sayanlar çoxdur. Lakin onlar futbol oynamağı bacarır. Yeni mövsümdən qitə çempionatında 24 komanda yarışacaq. Ona görə bütün yığmalar 3-cü yer uğrunda yarışacaq. Siz elə bilirsiniz Norveç və ya Bolqarıstan Avro-2016-ya düşmək istəmir. Onların hər biri pley-off uğrunda meydana çıxacaq.
- Azərbaycan millisinin 3-cü yeri tutmaq şansları nə qədərdir?
- Biz hələ hazırlığa başlamamışıq. Komandamızın hansı səviyyədə oynayacağı məlum deyil. İndidən bu barədə danışa bilmərəm. Azərbaycan yığmasına şərait yüksək səviyyədədir. Ona görə 3-cü yerə oynamağımız normaldır. Lakin bu yeri tutmaq çətindir. Bolqarıstan və Norveçi siyahıdan silməyin. Elə Maltanın özü də asanlıqla 3 xal bağışlayan komanda deyil.
- Azərbaycan çempionatında Qarabağ liderliyini davam etdirir. “Neftçi” isə xal itirir...
- Bəzi klubların oyununu anlaya bilmirəm. Ümumiyyətlə, çempionatımızı başa düşmək çətindir. Klub var ki, ardıcıl iki oyun evdə uduzur, sonra səfərdə güclü rəqibə qalib gəlir. Bu necə baş verdiyini anlamaq asan deyil. Axı sən necə evdə ortabab kluba uduzursan, sonra isə səfərdə güclüyə qalib gəlirsən?! Sabit olaraq qələbə qazanan komanda yoxdur. Yalnız “Qarabağ”ı müəyyən mənada fərqləndirmək olar.
- “Neftçi”nin tez-tez xal itirməsini necə izah edərsiniz?
- “Neftçi” elə-belə komanda deyil. Zəngin tarixi və ənənəsi olan klubdur. İndiki halda onların qeyri-sabit oyununu görmək, yaxşı hal deyil. Qış dövründən sonra komandanın oyununda enmə hiss olunur. Əvvəlki əzmkarlıq yoxdur. Bəlkə də bu tez-tez məşqçi dəyişikliyi ilə əlaqədardır. Hər halda, onlar öz oyununu tapa bilmir.
- Mustafa Dənizlinin rəhbərlik etdiyi “Xəzər Lənkəran” isə müəyyən mənada inamlı təsir bağışlayır...
- İki-üç oyunla məşqçiyə qiymət verməzlər. Gəlin mövsümün sonunu gözləyək. “Xəzər Lənkəran”da canlanma var. Komandanın məşqçisi yenidir. Onun məşqləri və tələbləri fərqlidir. Futbolçuların bu taktika ilə uğur qazanıb-qazanmayacağını söyləmək çətindir. Qış fasiləsindən sonra cənublular yaxşı təsir bağışlayır. Amma görək, bu, nə qədər davam edəcək.
- Yuri Syominin “Qəbələ”si sanki qara zolağa düşüb. Son oyunlarda qələbə qazana bilmir...
- Syominin rəhbərliyi altında komanda yeni futbolçular transfer etdi. İndi həmin legionerlər oyunu nəzarətə götürməlidir. Çempionluq üçün güclərinin çatması sual altındadır. Avrokuboklara düşmək şansı var. Ümid edirəm ki, “Qəbələ” avrokuboklara düşsə, Syomin daha yaxşı legionerlər cəlb edəcək. Çünki, “Qəbələ”nin avrokubok çıxışı bir oyundan asılı olmamalıdır. Bu oyunla Avropada çox qalmaq olmaz.
- Autsayderlər barədə fikriniz necədir? Onların problemi nədədir?
- Problemi klublar özləri bilir. Sadəcə, “Sumqayıt”ın irəliyə doğru addım atdığını söyləmək lazımdır. Çempionatda bütün klublar çempionluğa oynaya bilməz. Gənclərə diqqət yetirən komandalar olmalıdır. “Sumqayıt” konkret olaraq, gənc nəsli yetişdirmək üçün çalışır. Həmin gənclər bu gün “Neftçi”ni məğlub etdi. Nəticədən çox uşaqların inkişafı vacibdir. Belə komandaların olması, yalnız sevindirici məqamdır. Hamı avrokuboklara can atmamalıdır. Gənclərə şans verən və gələcəyi düşünən komandaların olması mütləqdir.