2 mart 2014 01:22

Oynadılar, ancaq qol vura bilmədilər

Azerisport.az milliyə dəvət almış futbolçuların son oyunlarda klublarının heyətindəki oyununa nəzər salıb:
Qapıçılar:
Kamran Ağayev “Qəbələ”nin “Simurq”a qarşı oyununda çərçivəni qoruyub və qol buraxmayıb. “Radarlar”ın digər qapıçısı Anar Nəzirov isə iştirak ərizəsinə düşməyib.
Müdafiəçilər:
Rəşad Sadıqov və Bədəvi Hüseynov “atçılar”ın heyətində “Neftçi” qarşı oyunda (4:1) sona qədər mübarizə aparıblar. Əks düşərgədə Elvin Yuniszadə bütün oyun boyu meydanda olub.
Elnur Allahverdiyev “Qəbələ”nin “Simurq”a qarşı oyununda bütün oyun ərzində oynayıb. Qolsuz bərabərliklə başa çatmış oyunda, həmçinin, İlkon Qıtımov top qovub.
Ruslan Əmircanov “İnter”in “Xəzər Lənkəran”a qarşı oyununda (1:1) 90 dəqiqə oynayıb.
Yarımmüdafiəçilər:
Ruslan Abışov isə Avropa Liqası çərçivəsində “Rubin”in heyətində “Betis”ə qarşı oyunda (0:2) 15 dəqiqə meydanda olub.
Qara Qarayev “Qarabağ”ın “Neftçi”yə qarşı oyununda 90 dəqiqə mübarizə aparıb və sarı vərəqə alıb. “Flaqman”ın kapitanı Rəşad Sadiqov həmin oyunu 81-ci dəqiqəsində əvəzlənib. Arar Abdullayev isə 62-ci dəqiqədə meydandan qovulub.
Ruslan Abatsiyev “İnter”in “Xəzər Lənkəran”a qarşı oyununda bütün oyunu oynayıb və sarı vərəqə alıb. Cavid Hüseynov isə “Sumqayıt”a qarşı oyunda eyni aqibəti yaşayıb.
 
Hücumçular:
Vaqif Cavadov İnter”in “Xəzər Lənkəran”a qarşı oyununda 90 dəqiqə oynasa da, qol vura bilməyib. Rauf Əliyev isə “Bakı”nın “Sumqayıt”a qarşı oyununda “quru” qalıb.
Ufuk Budak, Cihan Özkara, Rüfət Dadaşov və Tuqrul Erat isə klublarının heyətində bazar günü meydana çıxacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.