1 mart 2014 12:44
Qarabağ Avropada 209-cu pillədə yer alıb
UEFA Avropa klublarının reytinq cədvəlini açıqlayıb. AZerisport.az xəbər verir ki, ölkəmizin yeddi klubu reytinqdə yer alıb.
“Qarabağ” 209-cu pillədə (7.575) qərarlaşıb. “Neftçi” 219-cudur (7.075). “İnter” 285-ci (4.325), “Bakı” 288-ci (4.325), “Xəzər Lənkəran” 306-cı (3.825), AZAL və “Simurq” (hər biri 2.325) müvafiq olaraq, 378-ci, 379-cu pillədə yer alıblar.
Reytinqə “Barselona” başçılıq edir (152.114)
