1 mart 2014 00:44
Rəşad Sadıqov: Vəziyyəti nizamlamağa çalışdım
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına açıqlamasında TPL-in 24-cü turu çərçivəsində komandasının səfərdə “Neftçi”yə qarşı keçirdiyi oyundan sonra, “Flaqman”ın baş məşqçisi Böyükağa Hacıyevlə arasında baş vermiş anlaşılmazlığa aydınlıq gətirib:
“Heç bir mərəkə baş verməyib. Gördüm ki, məşqçilər nə haqdasa danışır və onlar çox narazıdırlar. Onlara yaxınlaşıb sakitləşdirməyə, vəziyyəti nizamlamağa çalışdım. Elə səs-küy idi ki, kimin nə dediyini anlamadım”.
