1 mart 2014 00:33
Ruslan Abışov: Filippin yığması normal komandadır
Millimizin müdafiəçisi Ruslan Abışov azerisport.az saytına açıqlamasında milli komandamızın martın 5-də Dubay toplanışı çərçivəsinə Filippin yığmasına qarşı keçirəcəyi oyunla bağlı fikrini bildirib:
“Sabah Dubay yollanıram və orada milli komandaya qoşulacağam. Bizi Filippin yığmasına qarşı maraqlı oyun gözləyir. Bu oyun, ən azı komandanın oyun təcrübəsi baxımından vacibdir. Mən İnternet vasitəsi ilə rəqibin bir neçə oyununa baxmağa tənbəllik etmədim. Deyim ki, onlar sürətli futbol oynayırlar. Normal komandadır”.
