1 mart 2014 21:00
AZAL portuqaliyalı hücumçunu baxışa götürüb
AZAL portuqaliyalı hücumçu Pinto Moreyru Xardini baxışa dəvət edib. “Təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına bildirib ki, 28 yaşlı hücumçu bu həftə Bakıya gəlib və komanda baxışda olacaq.
Baş məşqçinin sözlərinə görə, Moreyru AZAL-ın yanvar toplanışlarında iştirak etməli imiş. Ancaq sənədlərlə bağlı problemlər üzündən ölkəmizə gələ bilməyib. Futbolçu haqda son qərar bir həftə müddətində veriləcək.
Qeyd edək ki, hazırda azad agent olan Moreyrunun son komandası Kiprin “Omoniya Aradipu” klubu olub.
