1 mart 2014 13:22
Joze Alesio: Yarımfinalda Kayrata qarşı oynamaq istəyirəm
“Araz”ın baş məşqçisi Joze Alesio azerisport.az saytına açıqlamasında futzal üzrə UEFA Kubokunun Dördlər finalına planları haqda danışıb:
“Biz Dördlər finalına hazırlığımızı davam etdiririk. Hazırda yaxşı yoxlama rəqibi haqda düşünürəm. Toplanışı xaricdə keçmək arzuolunandır. Yaxud, kimisə dəvət etmək olar. Belə yarış ərəfəsində bir-iki oyun oynamaq lazımdır. Püşkə gəlincə, bizim mümkün bütün rəqiblərimiz güclüdür. Əgər seçimə qalarsa, yarımfinalda “Kayrat”a qarşı oynamaq istərdim. Qazaxların vəziyyəti bizimlə oxşardır. Onların İspaniya və Rusiyadakı kimi güclü çempionatları yoxdur. Qazax klubu daha keçərlidir”.
