1 mart 2014 13:11
Neftçi dörd il əvvəlki nəticəsini təkrarladı
TPL-in 24-cü turu çərçivəsində evdə “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuş “Neftçi” çempionatdakı qalibiyyətsiz oyunlar seriyasını beşə çatdırdı. Azerisport.az xəbər verir ki, “Flaqman” son dəfə belə seriyanı 2009-2010-cu illər mövsümündə yaşamışdı.
O zaman “Neftçi” ardıcıl olaraq beş oyunu heç-heçə ilə başa vurmuşdu.
