28 fevral 2014 00:22
Topaz Premyer Liqasında 24-cü tur həyacanı
Bu gün Topaz Premyer Liqasının 24-cü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, millinin martın əvvəlində toplanışı olduğu üçün bu turdan sonra 1 həftəlik fasilə yaranacaq. Əvvəlki iki turda olduğu kimi, bu dəfə də bütün oyunlar eyni gündə baş tutacaq.
Tura "Bakı" - "Sumqayıt" qarşılaşması ilə start veriləcək. Qış fasiləsindən sonrakı uğurlu çıxışını davam etdirən Milinko Pantiçin komandası bu dəfə gücünü gənclərə qarşı sınayacaq. Paytaxtın eyni adlı klubu Aqil Məmmədovun yetirmələri ilə görüşdə favorit hesab edilir. Lakin bu oyunda da rəqib komandanın sürpriz nəticə göstərəcəyi istisna deyil. "Bakı" bu qarşılaşmadan qələbə ilə ayrılsa, ilk "3-lük"dəki mövqeyini möhkəmləndirəcək. "Sumqayıt" isə səfərdən xalla dönsə, autsayder "Rəvan"la xal fərqini artıracaq. Öz meydanındakı hər qarşılaşmada 1 dəfə Sumqayıtı məyus edən Bakı əvvəlki 6 qarşılaşmada üstünlüyə sahibdi. Paytaxt təmsilçisi son 2 görüşdə də qalib gəlib.
Növbəti görüş Zaqatalada keçiriləcək. "Simurq" doğma azarkeşlər önündə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Son turlarda uğurlu çıxış etməyən Georgi Çixradzenin yetirmələri ev oyunundan xalla ayrılmağı hədəfləyib. Lakin Yuri Syominin yetirmələrinin çempionluq iddiasını nəzərə aldıqda, azarkeşlərin maraqlı oyunun şahidi olacağını demək olar. Öz aralarında yubiley 25-ci matça çıxacaq rəqiblər indiyədək 1-ci divizion, Premyer Liqa və kubok yarışlarında qüvvələrini sınayıb. Keçirilən 24 matçda qırmızı-qaralar daha çox qələbə qazanıb. Hesabında 10 qələbə və 6 heç-heçəsi olan Qəbələ təmsilçisi 8 qarşılaşmadan məğlub ayrılıb."Simurq"un meydanındakı son iki görüşdə qonaqlar qol vura bilməyib.
Günün digər bir matçı Lənkəranda oynanılacaq. "Xəzər Lənkəran"la "İnter" arasında keçiriləcək bu görüş hər iki komanda üçün əhəmiyyət daşıyır. Belə ki, "bankirlər" səfərdən qələbə ilə dönsə, turnir cədvəlindəki vəziyyətini daha da yaxşılaşdıracaq. "Neftçi" - "Qarabağ" qarşılaşmasında tərəflərdən birinin xal itirəcəyini nəzərə alsaq, Bakı klubuna 3 xal hava və su kimi lazımdı. Mustafa Dənizlinin yetirmələri isə evdə qazanılan qələbə sayəsində turnir cədvəlindəki yeri dəyişməyəcək. İki komanda arasında oyunların yarıdan çoxu heç-heçə ilə başa çatıb. Bakılılar son 5 qarşılaşmada rəqibinə uduzmayıb. Xəzər Lənkəran son 4 ev matçından 3-də məğlub olub.
Turun mərkəzi oyunu "Bakcell Arena"da baş tutacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la münasibətlərinə aydınlıq gətirəcək. Son turlarda istədiyi oyunu sərgiləyə bilməyən "ağ-qaralar" turnir cədvəlinin hazırkı lideri ilə çətin sınağa çıxacaq. Heyətdə bir neçə aparıcı futbolçusu olmayan Bakı klubu ev oyunundan qələbə ilə ayrılsa, bir növ geri dönüşünü rəsmiləşdirəcək. "Qarabağ" üçün isə bu qarşılaşma liderliyini möhkəmləndirmək üçün xüsusi əhəmiyyət daşıyır. Çempionluq uğrunda ciddi rəqib olan Böyükağa Hacıyevin komandası yenilsə, Qurban Qurbanovun dəstəsi yoluna inamlı addımlarla davam edəcək. 55-ci duel öncəsi Neftçi cüzi üstünlüyə malik olsa da, son 6 qarşılaşmada cəmi 1 dəfə qalib gəlib.
Günün və turun son qarşılaşması "Bayıl Arena"da keçiriləcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan "Rəvan" doğma divarlar arasında AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Son turda meydandan heç-heçələrlə ayrılan komandalar bu dəfə qələbə qazanmağa çalışacaq. Güvənç Kurtarın komandasında zədəli və cəzalı futbolçuların olduğunu nəzərə alsaq, matçın favoritinin qonaqlar olduğunu demək olar. Paytaxt derbisinin iştirakçıları öz aralarındakı tarazlığı pozmağa çalışacaq. Belə ki, əvvəlki 10 matçda eyni sayda qələbəsi olan rəqiblər top fərqində də bərabərliyə malikdi. Lakin son 4 görüşdə Rəvan qələbə qazanmayıb.
Topaz Premyer Liqası
24-cü tur
28 fevral (cümə)
14:00. Bakı - Sumqayıt
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
15:00. Simurq - Qəbələ
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala. Zaqatala şəhər stadionu.
16:00. Xəzər Lənkəran - İnter
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu.
17:00. Neftçi - Qarabağ
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Bakcell Arena".
19:00. Rəvan - AZAL
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. "Bayıl Arena".
Bombardirlər:
11 - Vaqif Cavadov (İnter)
10 - Daniel Subotiç (Qəbələ)
8 - Reynaldo (Qarabağ), Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).
7 - Mindauqas Kalonas (Bakı/Simurq), Leonardo da Silva (Qəbələ).
6 - Əfran İsmayılov (Bakı), Cavid Hüseynov (Bakı), Viktor İqbekoyi (AZAL), Draqan Çeran (Simurq), Çumbinyo (Qarabağ).

| 1 | Qarabağ | 23 | 13 | 7 | 3 | 36 | 13 | +23 | 46 |
| 2 | Qəbələ | 23 | 13 | 3 | 7 | 34 | 21 | +13 | 42 |
| 3 | Bakı | 23 | 12 | 4 | 7 | 40 | 23 | +17 | 40 |
| 4 | Neftçi | 23 | 11 | 6 | 6 | 34 | 27 | +7 | 39 |
| 5 | İnter | 23 | 11 | 5 | 7 | 35 | 26 | +9 | 38 |
| 6 | XL | 23 | 7 | 9 | 7 | 24 | 32 | –8 | 30 |
| 7 | Simurq | 23 | 7 | 8 | 8 | 23 | 19 | +4 | 29 |
| 8 | AZAL | 23 | 6 | 8 | 9 | 24 | 33 | –9 | 26 |
| 9 | Sumqayıt | 23 | 2 | 6 | 15 | 16 | 42 | –26 | 12 |
| 10 | Rəvan | 23 | 1 | 8 | 14 | 12 | 42 | –30 | 11 |