28 fevral 2014 00:11
Əmirbəyov A kateqoriyalı məşqçi oldu
Futbolçu karyerasını “Bakı” Futbol Klubunda bitirən və hazırda klubun U-19 komandasının məşqçisi kimi fəaliyyət göstərən Rəfael Əmirbəyov yeni sertifikata yiyələnib. Azerisport.az xəbər verir ki, vaxtilə milli komandanın şərəfini qorumuş “zolaqlılar”ın sabiq kapitanı bugünlərdə UEFA-nın “A” kateqoriyalı məşqçilik kurslarına qatılıb.
Bütün dərsləri uğurla başa vuran Əmirbəyov nəticədə “A” kateqoriyasına sahib çıxıb.
“Bakı” Futbol Klubunun rəhbərliyi Rəfael Əmirbəyovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır.
“Bakı” Futbol Klubunun rəhbərliyi Rəfael Əmirbəyovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır.
(Klub saytı)
