28 fevral 2014 11:33

Tərlan Əhmədov: Neftçi üçlüyə düşməsə, hər şeydə məşqçi günahkar olacaq

“Neftçi”nin sabiq məşqçisi Tərlan Əhmədov azerisport.az saytına müsahibəsində TPL-in 24-cü turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” görüşündən danışıb:
- Qarşıdakı “Avropa” derbisi haqda nə düşünürsünüz?
- Nə oyun? “Neftçi” - “Qarabağ” görüşünü nəzərdə tutursunuz? (gülümsəyir)
 
- Bəli.
- Azərbaycan çempionatının keçirildiyi ilk gündən bu komandalar arasında gərgin rəqabət olub. Mən hər iki düşərgədə bunu yaşamışam. Bu qarşılaşma premyer-liqanın bəzəyidir. Baxmayaraq ki, ağdamlıların yeddi xallıq üstünlüyü var, hər iki komandanın şansları bərabərdir. Hər iki komanda, xüsusən, bakılılar büdrəmənin fərqi artıracağını başa düşür. Ağdamlılar, əlbəttə ki, bakılılarla fərqi 10 xala çatdırmaq istəyirlər.
 
- Məgər “Neftçi”dəki böhran “Qarabağ”a bu görüşdə favorit statusunda baxmağa imkan vermir?
- Premyer-liqanın hər bir komandası ilə mövsümün müəyyən vaxtlarında belə hallar baş verir. Mən buna böhran deməzdim. Bütün bunların səbəbkarı cəzalı oyunçulardır. Mahir Şükürov, Karlos Kardoso və Brunu Bertuççinin itkisi təsirli oldu. Bu futbolçular bilməlidir ki, onların hər bir hərəkəti diqqət mərkəzindədir və özlərini layiqli aparmalıdırlar.
 
- Bəlkə Nazim Süleymanov Mahir Şükürovun komandanı tərk etməsini istəyəndə, haqlı idi?
- Kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərəm. Hər bir məşqçinin öz fikri var. Bu sualı Süleymanova verin. “Neftçi”nin problemi yalnız Mahir deyil. Hər şeyi bir oyunçunun üstünə yıxmaq da düzgün deyil. Guya Mahir getsəydi,  komandanın bütün problemləri düzələrdi. “Neftçi”nin hazırda daha böyük problemi var. Bu, səviyyəli hücumçunun çatışmazlığıdır. Faktdır ki, Kanalesin və Vobayın gedişi ilə komandanın vəziyyəti reallaşdırması axsayır.
 
- Hər halda, “Neftçi” mükafatçılar üçlüyünə düşməsə, Böyükağa Hacıyev komandadan getməlidir?
- Mən oxşar şeylərə girişmək istəmirəm. Ancaq hamıya məlumdur ki, uğursuzluqlarda həmişə məşqçi günahkardır. Hər halda, bunu rəhbərlik qərara alacaq. Əgər “Neftçi” üçlüyə düşməsə, hər şeydə məşqçi günahkar olacaq
 
- Hesab etmirsiniz ki, bu qarşılaşmanı nə qədər maraqlı olsa da “Avropa derbisi” adlandırmaq, bir qədər gülməlidir?
(Gülümsəyir) Bizdə Avropa səviyyəsində oyun yoxdur. Bu oyunu Avropada izləsəydilər, başqa məsələ. Bu, uzağı, Azərbaycan derbisidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.