28 fevral 2014 11:22
İnter oyun saatını gözləyir
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "İnter" Lənkəranda yerli "Xəzər-Lənkəran" komandası ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, komanda dünən Lənkəran şəhərinə gəlib və dərhal matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb.
Yüngül təmrinlərdən ibarət məşq prosesi bir saat çəkib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular topla çalışıblar.
Məşqdən dərhal sonra "İnter" "Qafqaz Sahil Otel"linə yollanıb.
Qeyd edək ki, "Xəzər-Lənkəran" - "İnter" qarşılaşması bu gün 16.00-da başlayacaq.
(Klub saytı)
