28 fevral 2014 21:33
Vaqif Sadıqov: 6-cı dəfədir ki, layiq olmadığımız məğlubiyyəti alırıq
TPL-in “Rəvan” və AZAL arasında keçirilmiş 24-cü tur oyunundan (1:0) sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Sadıqov bunları söyləyib:
“Çox danışmaq istəmirəm, futbolda belə oyunlar da olur. Qapıçımız bir dəfə də olsun topun dalınca uzanmadı, amma məğlub olduq. Oyunumuzda olan səhvlərimizi düzəltməliyik. “Rəvan”ı qələbə ilə təbrik edirəm. Sona kimi mübarizə aparıb qələbə qazandılar. Əsas heyətimizdən 3 futbolçu yox idi, onlara bu gün ikisi də əlavə olundu. Gözlənilməyən nəticə oldu, oyuna bir daha təkrar baxmaq lazımdır. 6-cı dəfədir ki, layiq olmadığımız məğlubiyyəti alırıq. Kamal Bayramovun oyununu qeyd etməliyəm. O, Sapelanı layiqincə əvəz etdi”.
(PFL)
