28 fevral 2014 21:21
Güvənc Kurtar: Rəqibə demək olar ki, qol imkanı vermədik
TPL-in “Rəvan” və AZAL arasında keçirilmiş 24-cü tur oyunundan (1:0) sonra “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Bütün futbolçularımı təbrik edirəm. Yenə də oyunu 10 nəfərlə başa vurduq. Buna baxmayaraq, sona kimi qələbə qazanmağı düşündük. Cərimə zərbəsindən qol vurduq. Rəqib çox intizamlı oynayır, məğlub olduğu oyunlarda belə yaxşı oyun göstərir. Qalib gəlmək gözəl hissdir. Rəqibə demək olar ki, qol imkanı vermədik, bunu müsbət hal kimi dəyərləndirirəm. Bundan sonrakı oyunlarda rəqiblərə qarşı daha rahat oynamalıyıq. Uzun zamandır qalib gələ bilməməyin yaratdığı psixoloji təsir var futbolçularda. Yerli futbola dəstək verməyə çalışırıq. Heyətimizdə beş gənc futbolçu, bu gün onlardan üçünü oynatdıq. Çoxlu qol buraxdığımız üçün oyunu müdafiədən qururuq”.
(PFL)
