28 fevral 2014 19:11
Hacıyev yenə aranı qatdı
TPL-in “Neftçi” və “Qarabağ” arasında keçirilmiş 24-cü tur oyunundan (1:4) dərhal sonra, hakimin final fiti səslənər-səslənməz “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyun barədə öz rəqib həmkarı Qurban Qurbanova və onun yanında olan “atçılar”ın kapitanı Rəşad Sadıqova nə isə deyib. Azerisport.az xəbər verir ki, Hacıyevin sözləri Sadıqovu özündən çıxarıb və söz atışması baş verib.
Hadisəni gedişini “atçılar”dan Riçard Almeyda və bakılıların yarımmüdafiəçisi Mirhüseyn Seyidov öz aralarında davam ediblər.
