28 fevral 2014 18:44
Mustafa Dənizli: Xal itkisi bizim planlarımıza daxil deyildi
TPL-in “Xəzər Lənkəran” və “İnter” arasında keçirilmiş 24-cü tur oyunundan (1:1) sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Biz hər iki hissəyə yaxşı başladıq. Ancaq artıq neçənci oyundur ki, xal itiririk. Bu, bizim planlarımıza daxil deyildi. Qeyd etmək lazımdır ki, rəqiblərimiz asan olmayıb. Bu gün heyətdə əsas heyətin bir neçə oyunçusu yox idi. Ancaq belə bir hal hər bir komanda ilə olur. Sonrakı oyunlarda xal qazanmağa çalışacağıq. Hakimliyə gəlincə, qapımıza təyin edilmiş penalti haqda heç nə demək fikrim yoxdur, susacağam. Nə demək istəyirəmsə, özümdə saxlayacağam”.
