28 fevral 2014 17:44
Giorgi Çixradze: Hər iki komanda qələbə üçün oynayırdı
TPL-in “Simurq” və “Qəbələ” arasında keçirilmiş 24-cü tur oyunundan (0:0) sonra “Simurq”un baş məşqçisi Giorgi Çixradze oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Oyun maraqlı və sürətli oldu. Hər iki komanda qələbə üçün oynayırdı. Bir neçə təhlükəli qol imkanı yaratdıq, lakin istifadə edə bimədik”.
(PFL)
