28 fevral 2014 17:33
Yuri Syomin: Heç-heçəni ədalətli nəticə sayıram
TPL-in “Simurq” və “Qəbələ” arasında keçirilmiş 24-cü tur oyunundan (0:0) sonra “Qəbələnin”ın baş məşqçisi Yuri Syomin oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Bütün oyunlar gərgin keçir, heç-heçəni ədalətli nəticə sayıram. Oyun ərzində 1-2 real qol imkanımız oldu. Futbolçular var gücü ilə oynadılar, buna görə minnətdaram. Lakin bəzi epizodlarda keyfiyyətli son vuruşu vurmaq alınmadı, xüsusən də Mendi və Leonardoda. Bu gün 1 xal qazandıq. “Simurq” evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur”.
(PFL)
